Home » Hot Archive » Οπερρ-Πελθηϋ


Print version







 

english 

XƏZƏR DƏNIZINDƏ BÖYÜK HƏCMDƏ NEFT DAGILMASI HALLARINDA ƏMƏKDAŞLIGA DAIR REGIONAL PLANA HƏSR OLUNMUS BIRINCI REGIONAL SEMINAR

Xәzәryanı Dövlәtlәr tәrәfindәn tәsdiq edilmiş vә BMT-nin Inkişaf Proqramı kimi beynәlxalq sponsorların dәstәklәdiyi regional Xәzәr Ekoloji Proqramı (XEP) 2001-ci il, 26-30 Noyabr tarixindә böyük hәcmdә neft dağılmasi hallarinda әmәkdaşliga dair Xәzәr Regional Planının hazırlanmasına hәsr olunmuş birinci regional seminar keçirir. Tәdbir BMT-nin neft dağılmasına hazırlıq, cavab tәdbirlәri vә koordinasiyanın planlaşdırılması ilә mәşğul olan xüsusi mandatlı agentliyi olan Beynәlxalq Dәniz Tәskilatı (BDT) ilә birlikdә tәşkil olunmuşdur.

Seminar - bu yaxınlarda beynәlxalq tәşkilatların tәşәbbusu vә Xәzәryanı dövlәtlәrin tam himayәsi altında hәmin ölkәlәrdә keçirilmәyә başlanmış neft dagılması planlaşdırılması işlәrinin davamıdır.

Iclasın mәqsәdi Xәzәr Dәnizindә Böyük hәcmdә Neft dağılmasi Hallarinda әmәkdaşliga dair Ilkin Regional Planın nәzәrdәn keçirilmәsidir.

Seminarın proqramının xülasәsi:

  • Xәzәr Dәnizindә Böyük hәcmdә Neft dağılmasi Hallarinda әmәkdaşliga dair Ilkin Regional Planın müzakirәsi, yenidәn baxılması vә razılaşma;
  • Hәr bir Xәzәryanı ölkәdә neft dağılmasına hazırlıq, cavab tәdbirlәri vә koordinasiyanın planlaşdırılmasına dair cari vәziyyәtin tәqdimatı;
  • Xәzәr Regionunda Dәniz Ətraf muhitinin Muhafizәsi haqda Konvensiya çәrçivәsindә Fövqәladә Aqressiv Zibillәnmә Hallarında әmәkdaşlıga dair Ilkin Protokolun tәqdimatı, müzakirәsi vә razılaşma. Ehtimal olunur ki, 5 Xәzәryanı dövlәtlәr yaxın gәlәcәkdә Protokolu tәsdiq edırık qәbul edәcәklәr.

Birinci regional seminar ISR Plaza Azeri Apart & Business Centre, Nizami küçәsi, 340 ünvanda saat 10.00 keçirilәcәk.

Əlaqәdar şәxslәr:

Fәrqan Abbaszadә, BMT-nin Azәrbaycan Offisi,
BMT-nin 50 Illiyi küçәsi 3, Bakı, Azәrbaycan 370001,
Tel: + (99412) 989888
Faks: + (99412) 983235

Elina Fәrmanova, XEP Proqram Koordinasiya Mәrkәzi,
Hökümәt Evi, Üzeyir Hacıbәyov küçәsi, 40,
Otaq 108, Bakı, Azәrbaycan 370016
E-mail: efarmanova@caspian.in-baku.com
Tel: + (99412) 97 17 85, 93 80 03
Faks: + (99412) 97 17 86