|
Home » Hot Archive » Ïðåññ-Ðåëèçû |
|||||
|
XƏZƏR EKOLOJI PROGRAMI, EKOTOKSIKOLOGIYA LAYIHƏSI "Kimyәvi çirklәnmә, xroniki xәstәliklәr vә insan fәaliyyәti nәtiñәsindә Xәzәr Dәnizinin suları çox pis vәziyyәtdәdir" bu bәyanatla Ekotoksun (ECOTOX) alimlәri çıxış etdi. Get-gedә azalan nәrә balığı vә digәr kommersiya balıqlarının tutulmasının azalması, elәcә dә su itlәrinin böyük ölüm göstәricilәri hәm regional, hәm dә qlobal hәcmdә Xәzәr dәninzinin eko sistemi vә insan sağlamlığı haqqında böyük narahatlıqlar doğurmaqdadır. Son iki il әrzindә Xәzәr dәnizi sahillәrindә tapılmış minlәrlә su itlәrinin ölümü DDT-nin yüksәk konsentrasiyası ilә izah olunur. Bu kәnd tәsәrrüfatı pestisidinin mövcudluğu eyni sәviyyәdә balıqlarda vә dәniz dibindә dә tapılmışdır. Bu, Xәxәr Ekoloji Proqramı çәrçivәsindә işlәyәn Ekotoksikologiya Layihәsinin hәm reqional hәm dә beynәlxalq alimlәri tәrәfindәn aşkar edilmiş әn başlıca nailiyyәt olmuşdur. 2000 vә 2001-ci illәrdә müşahidә olunan su iti üzrә qeyri-adi ölüm göstәricisi içtimaiyyәtin böyük marağına sәbәb oldu vә әsaslı tәdqiqatların başlananması tәşәbbüsünü irәli sürdü. Alimlәr heyvanlәrın ölümünә sәbәb olan әn başlıca sәbәbi dә müәyyәn etmişlәr - bu it vәbası infeksiyası idi, vә mәhz bu infeksiya son illәr әrzindә böyük hәcmdә digәr su mәmәvilәrin ölümünә sәbәb olmuşdur. Bundan әlavә PCB vә DDT kimi kimyavi maddәlәr elәcә dә ağır metallar su itinin hüceyrәlәrindә tapılmışdır. Xüsusilә dә bәzi heyvanlarda tapılmış DDT sәviyyәsi indiyә qәdәr müәyyәn edilmiş әn yüksәk göstәrici idi. Mәlumdur ki, bu sәviyyәdә olan kimyavi maddәlәr immun sistemini zәiflәdәrәk bir çox xәstәliklәr törәdir vә nәticә etibarı ilә reqional sәviyyәdә insan sağlamlığına da böyük tәsir göstәrir. Su itinin böyük ölüm göstrәricilәrin üçüncü sәbәbi isә xüsusilәdә Iran sahillәrindә müşahidә olunan balıq tutulması ilә bağlıdır. Su itlәri ya balıq toruna düşәrәk tәlәf olmuşdur, ya da balıqçılar tәrәfindәn öldürülmüşdür. Su itlәri üzrә Alimlәr qrupunun Lideri Dr. Syu Vilsin demişdir: "Xәzәr su itinin durumu bizi çox narahat edir, vә o, Tәbiәtin Mühafizәsi üzrә Beynәlxalq Ittifaqda xәta altında olan heyvanlar sırasındadır. Bu mәmәvi növü reqionda çox unikaldır vә biz populyasiyanın sayını bilmәdiyimizә görә bütün tәhlükәlәrin tәsirini müәyyәn etmәk çox çәtindir." Ekotoksun (ECOTOX) Bakıda (Azәrbaycan) keçirilmiş seminarında nәrә balığının da populyasiyasının dramatik azalması mәsәlәsi nәzәrdәn keçirilmişdir. әn böyük sәbәblәr arasında brakonyerlik durur, amma çirklәnmә dә tәsir edәn amillәrdәn biri ola bilәr vә bu da insan sağlamlığına böyük tәhlükә törәdә bilәr. Amma hal-hazırda davam edәn toksikoloñi tәdqiqatın nәticәlәri növbәti aylar әrzindә ayırd edilmәyәnә gәdәr nәsә demәk çәtindir. Ekotoksikoloñi tәdqiqatın nәzәrdәn keçirtdiyi üçüncü element sümüklü balıqlarda xәstәlik vә çirklәnmә idi vә burada üç balıqda külmә, kilkә vә xuluda müşahidәlәr aparılmışdır. 500-dәn çox balıq üzәrindә hәm daxili, hәm dә xarici anomaliyalar nәzәrdәn keçirilmiş vә analiz olunmuşdur. Nәtcñә etibarılә üç әsas nöqtә müәyyәn edilmişdir: birincisi, Abşeron yarım-adasının cnubunda Azәrbaycnda, böyük neft çirklәnmәsinә görә nәzәrә çarpır; ikinci - Iranın cәnubi sahilin mәrkәzi hissәsindә yüksәk orqanoxlonin çirklәnmәsi müşahidә olunur; üçüqncü nöqtәdә isә, Ural çayının deltasındı Kazaxstanda daha çox tәdqiqatın aparılmasına ehtiyac duyulur. Bütün bu nәticәlәr beş Xәzәryanı ölkәdәn olan alimlәrin elәcә dә xarici mütәxәssislәrin üç il әrzindә birgә әmәkdaşlığı nәticәsindә әldә olunmuşdur. Tәdqiqat Yaponiyanın Böyük Hәcmli Tәdqiqatlar Fondu tәrәfindәn Dünya Bankı vasitәsilә maliyyәlәşdirilmişdir. Iki günlük seminarda 40 - dan artıq alim, vә Azәrbayñanın Ekologiya vә Tәbii Ehtiyatlar Nazirliyi, Dünya Bankı, Yaponiya Sәfirliyi, neft sәnayesi vә tәbiәti mühafizә qruplarının nümayәndәlәri iştirak etmişlәr. Əlavә informasiya üçün әlaqә saxlayın: Dr. Deyvid Obri, Xәzәr
Ekoloji Proqramı
|
|||||