13 | iyul | 2009 |
Birgə Kiçik Qrantlar Proqramının (BKQP) və Mikro Ekoloji Qrantların (MEQ) 1-ci dövrü Birləşmiş Millətlərin İnkişaf Proqramının/Qlobal Ekoloji Fondun “CASPECO” layihəsinin əsasında başlamışdır |
Birgə Kiçik Qrantlar Proqramının (BKQP) və Mikro Ekoloji Qrantların (MEQ) 1-ci dövrü qısaca olaraq “CASPECO” adlanan “Xəzər dənizi: Tükənməkdə olan balıqçılıq təsərrüfatları və Daimi Regional Ekoloji İdarəetmə Çərçivəsinin Birləşdirilməsi” layihəsinin əsasında başlamışdır. Daha ətraflı məlumat üçün aşağıdakı internet səhifəsinə daxil olmağınız xahiş edilir: http://www.caspianenvironment.org/newsite/Grants-MSGP.htm. Hər hansı əlavə məlumata ehtiyacınız olarsa, Layihənin İdarə Olunması və Koordinasiya Qrupu ilə əlaqə saxlamağınız xahiş olunur. |
iradlar (0) |
10 | iyul | 2009 |
“Birgə Kiçik Qrantlar Proqramı (BKQP) və Mikro Ekoloji Qrantlar (MEQ)” başlıqlı yeni elektron kitabça hazırlanmışdır |
“Birgə Kiçik Qrantlar Proqramı (BKQP) və Mikro Ekoloji Qrantlar (MEQ)” başlıqlı yeni elektron kitabçanın hazırlanması barədə sizə məlumat verməkdən məmnunluq duyuruq. Kitabçada XEP I-II-nin əsasında BKQP və MEQ üzrə imzalanmış kiçik miqyaslı layihələr barədə məlumat verilir. Burada həmçinin, Xəzər Ekoloji Proqramının (XEP) nailiyyətləri və fəaliyyətləri, CASPECO layihəsinin qrant prosedurları barədə ümumi məlumat verilmişdir. Bundan BKQP və MEQ barədə kiçik miqyaslı layihələrin standart növləri barədə məlumatlandırma kimi istifadə oluna bilər. Bunu əldə etmək üçün aşağıdakı internet səhifəsinə daxil olun: http://www.caspianenvironment.org/newsite/Public-Promotional-Items-R.htm . |
iradlar (0) |
8 | iyul | 2009 |
Xəzər İştirakçılarının Məlumat Bazası (XİMB) barədə məlumatların yenilənməsi |
XİMB qeyri-hökumət təşkilatlarından, yerli icma təşkilatlarından, elmi orqanlardan, kütləvi informasiya vasitələrindən, yerli orqanlardan və buna bənzər qurumlardan ibarət olan Xəzər İştirakçıları ilə əlaqə yaratmağın əsas vasitəsidir. Bu əsas iştirakçılar ilə və onların arasında əlaqənin tәkmillәşdirmәkdә, Tehran Konvensiyasının icrası nöqteyi-nəzərdən mülki cəmiyyətin maraqlarının əks etdirilməsini genişləndirmək və gücləndirmək üçün partnyorluqlar yaratmaqda bizə kömək edir. XİMB-ni yeni məlumatlarla təmin etmək məqsədilə Qeydiyyat Forması işləyib hazırlamış və “maraq göstərən iştirakçılar”ın müraciət etmələri üçün internet səhifəmizdə yerləşdirmişik. Sizi “onlayn” rejimdə qeydiyyatdan keçməyə dəvət edirik. Aşağıdakı internet səhifəsinə: http://www.caspianenvironment.org/newsite/registration.php daxil olmağınız və qeydiyyat formasını doldurmağınız xahiş edilir. Sizin məlumatınızın elektron variantı XİMB-a göndəriləcək və orada yaddaşda saxlanılacaqdır. |
iradlar (0) |
7 | iyul | 2009 |
“Xəzər dənizi Mühitində Mülki Cəmiyyətin iştirakı üçün Strategiya” layihəsinə yenidən baxılmışdır |
13-17 may 2009-cu il tarixlәrindә Sankt-Peterburq şəhərində keçirilmiş Xəzər İştirakçılarının görüşü zamanı ifadə olunmuş fikirləri əks etdirən “Xəzər dənizi Mühitində Mülki Cəmiyyətin iştirakı üçün Strategiya” layihəsi maraqlı tərəflərin iradlarının təqdim olunması üçün XEP-nın internet səhifəsində yerləşdirilmişdir: www.caspianenvironement.org. Sizi bu barədə iradlarınızı bildirməyə dəvət edirik. Bunun üçün aşağıdakı internet səhifəsinə daxil olmağınız xahiş edilir: http://www.caspianenvironment.org/newsite/public-PublicParticipationStrategy.htm |
iradlar (0) |